SpotMini robotları satılacaq

SpotMini robotları satılacaq

Boston Dynamics şirkətinin CEO-su Marc Raibert SpotMini adlı dördayaqlı robotun final versiyasını təqdim edib. Bu robot şirkətin ilk kommersiya məqsədli məhsulu olacaq və onu artıq bu ilin yay fəslində almaq mümkün olacaq. Bu barədə Techcrunch saytına istinadən Hightech.plus saytı xəbər verib. Marc Raibert bildirib ki, SpotMini robotunun irimiqyaslı istehsalına bu ilin iyul və ya avqust ayında start veriləcək. 2019-cu il üzrə şirkət 100-ə yaxın SpotMini robotunu istehsal etməyi planlaşdırır.

Milli.Az technote.az-a istinadən bildirir ki, həmin robotlar indiki halda da istehsalat prosesindədirlər. Lakin hal hazırki versiyalar test modelləridir. Buna görə də şirkət mühəndisləri SpotMini robotlarına mütəmadi olaraq dəyişikliklər əlavə edirlər. Şirkət təmsilçiləri qeyd ediblər ki, SpotMini daha etibarlı olub, robotun gövdəsi daxili detalları daha yaxşı qoruyur, kameralar isə 360 dərəcəlik təsvir imkanını verirlər. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə biz xəbər paylaşmışdıq ki, bir neçə ədəd SpotMini robotu yük maşınına birləşdirilmiş və həmin yük maşınını dartmışdılar. Məlumata əsasən SpotMini robotunun hansı qiymətə satılacağı barəsində məlumat yay fəslində veriləcək.

Milli.Az

İKT xəbərləri
Milli.az digər xəbərlər
AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 13:09 - Milli.az - İqtisadiyyat
Az-a verilən məlumata görə, mayın 29-30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-003/004 Bakı-Ankara-Bakı 20:00 21:30 22:30 01:50+ J2-011/012 Bakı-Dubay-Bakı 04:50 07:45 10:10 13:10 J2-026 Antalya-Bakı 16:00 19:50 J2-076 İstanbul (IST)-Bakı 16:30 20:15 J2-9683/9684 Kiyev (IEV)-Bakı(Buta Airways) 16:10 20:30 J2-9575/9576 Bakı-Kazan- Bakı(Buta Airways) 20:00 21:50 22:50 02:50+ J2-9717/9718 Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways) 21:00 21:40 22:40 01:05+ J2-809/810 Bakı-Moskva (VKO)-Bakı Reyslər ləğv edilmişdir J2-079/080 Bakı - İstanbul-Bakı Reyslər ləğv edilmişdir J2-852/851 Bakı- Moskva (DME)- Bakı Reyslər ləğv edilmişdir J2-255 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-254 Naxçıvan- Bakı Reys ləğv edilmişdir 30 may (yerli vaxt göstərilmişdir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-011/012 Bakı-Dubay-Bakı 12:40 15:35 16:45 19:45 J2-827 Bakı-Moskva (VKO) 02:45 05:00 J2-852/851 Bakı- Moskva (DME)- Bakı 11:40 13:50 14:50 18:40 J2-9111/9112 Bakı-Alanya-Bakı(Buta Airways) 12:30 14:30 15:30 19:20 J2-9685/9686 Bakı-Odessa-Bakı(Buta Airways) 12:15 14:40 15:40 19:40 J2-239 Bakı-Gəncə Reys mayın 29-na keçirilmişdiruçuş: 08:00, eniş: 09:00 J2-021/322 Bakı -Təl-Əviv -Bakı Reyslər ləğv edilmişdir J2-075/076 Bakı - İstanbul (IST)-Bakı Reyslər ləğv edilmişdir J2-9103/9104 Bakı - İstanbul (SAW)-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9223/9224 Bakı-Tbilisi-Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-9017/9018 Bakı -Tehran - Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-251 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-258 Naxçıvan-Bakı Reys ləğv edilmişdir Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.