Şri-Lanka 39 ölkənin vətəndaşlarına viza tətbiq edəcəkTerrora görə


Şri-Lanka 39 ölkənin vətəndaşlarına viza tətbiq edəcəkTerrora görə

Şri-Lanka hökuməti silsilə terror hücumlarından sonra 39 ölkənin vətəndaşlarına vizasız giriş hüququ verməyəcək.

Bu barədə Şri-Lankanın Turizm, Vəhşi Təbiət və Xristianlıq naziri Con Amaratunqbildirib.

“İstintaq göstərdi ki, bazar günü törədilən terror hücumlarına görə məsul olanlar xaricdə terror təşkilatları ilə əlaqəsi olan şəxslərdir. Ona görə də (terrorçulara) ölkəyə sadələşdirilmiş giriş proqramından sui-istifadə etməyə imkan vermək istəməzdik”, – nazir deyib.

Qeyd edək ki, 2019-cu ilin mart ayında Şri-Lanka hökuməti 39 ölkədən, o cümlədənAvropa İttifaqıölkələrindən, Avstraliya və ABŞ-dan olan turistlərin ölkəyə girişini sadələşdirmək niyyətlərini açıqlayıblar. Yeniliklər 2019-cu il mayın 1-də qüvvəyə minməli idi.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada ölkə tarixində ən böyüksilsilə terror hücumları baş verib/Report.

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər