Şri-Lanka polisinin baş inspektoru istefa verdi

Şri-Lanka polisinin baş inspektoru istefa verdi

Şri-Lanka polisinin baş inspektoru Pujitha Jayasundara vəzifəsindən ayrılıb.

Olaylar.az bildirir ki, Şri-Lanka prezidenti Maitripala Sirisena mətbuat konfransında polis müfəttişinin istefa verdiyini söyləyib.

Qeyd edək ki, ötən gün Şri-Lanka müdafiə nazirinin katibi Hemasiri Fernando da istefa verib.

Xatırladaq ki, Şri-Lankada aprelin 21-də silsilə partlayışlar törədilib. Terror aktı nəticəsində 250 nəfər həlak olub, 500 nəfər yaralanıb. 8-ci partlayışdan sonra isə ölkədə küçəyə çıxmaq qadağan edilib.

Paytaxt Kolomboda komendat saatı tətbiq olunub və aprelin 23-də ölkədə matəm elan edilib.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər