Şri-Lanka prezidenti Müdafiə Naziri və baş polisin istefasını istədi

Şri-Lanka prezidenti Müdafiə Naziri və baş polisin istefasını istədi

Şri-Lankanın prezidenti Maitripala Sirisen Müdafiə Naziri və baş polisin istefa etməsini istəyib.

Olaylar.az bildirir ki, bu baradə "News 1st" portalı məlumat yayıb.

Şri-Lankada aprelin 21-də silsilə partlayışlar törədilməsi nəticəsində 290 nəfər həlak olub, 500 nəfər yaralanıb. Ölkədə küçəyə çıxmaq qadağan edilib. Hökümət terror aktının arxasında yerli terror təşkilatı "Milli Tavhid-Camaatı"nın dayandığını bildirib.

Qeyd edək ki, paytaxt Kolomboda komendat saatı tətbiq olunub və aprelin 23-də ölkədə matəm elan edilib.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər