Şri-Lankada daha bir partlayış baş verdi

Şri-Lankada daha bir partlayış baş verdi

Şri-Lankanın paytaxtı Kolombo şəhərindən, təxminən, 40 km məsafədə yerləşən Puqoda bölgəsində partlayış olub. "Qazeta.ru" yazır ki, hazırda dağıntılar, ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.

Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.

Xatırladaq ki, Şri-Lankada Pasxa həftəsinin bazar günündə katolik kilsələrində və hotellərdə silsilə partlayışlar baş verib, nəticədə 359 nəfər ölüb, 500-dən çox insan isə müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər