Şri-Lankada daha bir partlayış baş verib

Şri-Lankada daha bir partlayış baş verib

Şri-Lankada daha bir partlayış baş verib.
ONA-nın "Tamilwin”ə istinadən verdiyi məlumata görə, partlayışı yerli polis törədib.
Bildirilir ki, polis əməkdaşları yoxlama məqsədi ilə Savoy kinoteatr yaxınlığındakı şübhəli skuteri partladıblar. Nəticədə nəqliyyat vasitəsində heç bir partlayıcı vasitə aşkarlanmayıb.Qeyd edək ki, aprelin 21-də Şri-Lankada Pasxa bayramı ərəfəsində 8 partlayış baş verib. Parlayışın əksəriyyəti kilsə və otellərdə törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 359 nəfərə çatıb. Ölənlər arasında 35 xarici ölkə vətəndaşı var. Hadisə ilə bağlı məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Hadisə xəbərləri
Xezerxeber.az digər xəbərlər
Dövlət İmtahan Mərkəzi imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi imtahanlar keçirəcək

24-04-2019 12:43 - Xezerxeber.az - Mədəniyyət
DİM tərəfindən 2019-cu il aprelin 28-də: – ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; – Azərbaycan və rus dilləri istisna olmaqla tədrisin digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; – xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları; – üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları; – əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.