Şri-Lankada partlayışlar nəticəsində ölənlərin dəqiq sayı açıqlandı - RƏSMİ


Şri-Lankada partlayışlar nəticəsində ölənlərin dəqiq sayı açıqlandı - RƏSMİ

Şri-Lankadakı terror hadisələri ətrafındakı problemlər səngimək bilmir.

Cebhe.info xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi hadisələr nəticəsində ölənlərin dəqiq sayını açıqlayıb.

Məlumatda qeyd olunub ki, partlayışlar 253 nəfərin həyatını itirməsinə səbəb olub. Nazirlik bildirib ki, bundan öncə açıqlanan hesablamada yanlışlıq olub.

Qeyd edək ki, daha əvvəl dövlət rəsmiləri 359 nəfərin həyatını itirdiyini bildirmişdilər.

İlkin Sultanlı
Cebhe.info


Oxunma sayı: 134