Şri Lankada terror aktları işi üzrə saxlanılanların sayı 76 nəfərə çatıb

Şri Lankada terror aktları işi üzrə saxlanılanların sayı 76 nəfərə çatıb

Şri Lankada 359 nəfərin ölümü ilə nəticələnən terror aktları işi üzrə şübhəli şəxs kimi saxlanılanların sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Ada Derana" portalı məlumat yayıb.

Məlumata görə, terror aktlarının törədilməsində şübhəli bilinənlərin sayı 76 nəfərə çatıb.

Daha əvvəl 60 nəfərin saxlanıldığı bildirilirdi.

Aprelin 21-də Şri Lankada ölkə tarixində ən böyük silsilə terror aktları törədilib. Kolombo, Neqombo və Battikaloa şəhərlərində səkkiz partlayış baş verib. Hadisə zamanı ümumilikdə 359 nəfər həlak olub. Hücumları Şri Lanka vətəndaşları olan kamikadzelər təşkil edib.

Açar sözlər
Tass , Kolombo , Lan , Dera
Hadisə xəbərləri
Musavat.com digər xəbərlər