Şri-Lankanın paytaxtında kinoteatr yaxınlığında partlayış olub

Şri-Lankanın paytaxtında kinoteatr yaxınlığında partlayış olub

Şri-Lankanın paytaxtı Kolombo şəhərində kinoteatr yaxınlığında partlayış olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Yerli hökumət rəsmiləri "Savoy" kinoteatrı yaxınlığında motosikletə bərkidilmiş qurğunun partladıldığını açıqlayıb.

Xatırladaq ki, Şri-Lankada silsilə partlayış qurbanlarının sayı 359-a çatıb.

Hadisə xəbərləri
Report.az digər xəbərlər