Şri-Lankanın polis rəisi terror aktları səbəbindən istefa verib

Şri-Lankanın polis rəisi terror aktları səbəbindən istefa verib

Bakı, 26 aprel, AZƏRTAC

Şri-Lankanın polis rəisi Pucith Cayasundaru rəhbərlik etdiyi qurumun ölkədə silsilə terror aktlarının qarşısını ala bilməməsi səbəbindən istefa verib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ada dövlətinin prezidenti Maytripala Sirisena məlumat verib.

“Baş polis inspektoru istefa verib. O, istefa barədə ərizəsini müdafiə naziri vəzifələrini icra edən şəxsə təqdim edib. Mən yaxın vaxtlarda yeni baş inspektoru təyin edəcəyəm”, - deyə prezident jurnalistlərə bildirib.

Maytripala Sirisena, həmçinin hücumların əsas təşkilatçısı, “Tövhid camaatı” qruplaşmasının rəhbəri Zahran Haşimin terror hücumlarının gedişində - “Shangri-La” otelinə hücum zamanı öldüyünü deyib.

Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri-Lankada silsilə partlayışlar törədilib. Kolombo, Neqombo və Battikaloa şəhərlərində yerləşən katolik kilsələrdə və otellərdə ümumilikdə 8 partlayış baş verib. Terror aktları nəticəsində əvvəllər deyildiyi kimi 359 deyil, 250-yə yaxın insan həlak olub. Son məlumata görə, partlayışlarla əlaqə şübhəsi ilə saxlanılanların sayı 100 nəfəri ötüb.

Açar sözlər
Bakı , Kolombo , Şri-Lanka
Hadisə xəbərləri
Azertag.az digər xəbərlər
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

26-04-2019 15:11 - Azertag.az - İqtisadiyyat
Əvvəlcə “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Sonra “Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində, Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlarda, “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət himayəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxılıb.