"Stalinin heykəlinin qoyulması yerli hakimiyyətin müstəsna hüququdur" -Putinin mətbuat katibi

"Stalinin heykəlinin qoyulması yerli hakimiyyətin müstəsna hüququdur" -Putinin mətbuat katibi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Novosibirsk şəhərində İosif Stalinin abidəsinin ucaldılmasına münasibət bildirib.


Mətbuat katibi Novosibirskdə Stalinin heykəlinin qoyulmasının yerli hakimiyyətin müstəsna hüququ olduğunu deyib. D.Peskov jurnalistlərə məsləhət görüb ki, bu sualı həmin şəhərin rəhbərliyinə ünvanlasınlar.


Adı SSRİ və dünya tarixinə tiran və kütləvi repressiyaların müəllifi kimi düşmüş İosif Stalinin abidəsi Rusiya Kommunist Partiyasının Novosibirsk vilayət komitəsi binasının qarşısında qoyulub. Heykəlin açılışı mərasimi isə mayın 9-da – Qələbə Günü keçiriləcək. Şəhər ictimaiyyətinin bu abidənin ucaldılmasına qarşı etiraz etməməsi də diqqəti çəkən məqamlardan biridir.(Azərtac)

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər