"Start-up gənclər üçün maarifləndirici görüşlər" FOTOLAR

"Start-up gənclər üçün maarifləndirici görüşlər" FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Konqres Mərkəzində 80 nəfərlik "Start-up gənclər üçün maarifləndirici görüşlər" layihəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, layihənin əsas məqsədi gəncləri start-up haqqında bilgiləndirmək və gənclərdə start-up haqqında müəyyən bir düşüncə yaratmaqdır. Layihə dünyamızda olan inkişafın nəticəsi yeni start-up-ların yaranmasında bizim ölkəmizin də rolu olması üçün bu sahəyə marağı olan gənclərə müəyyən biliklər verməkdən ibarətdir.

Layihənin spikerləri Coşqun Kərimov və Orxan Əhmədov iştirakçılara öz təcrübələrindən çox maraqlı və dəyərli bilgiləri bölüşüb. Start-up haqqında baza biliklər, start-up biznes layihələrinə başlamağın yolları, global bazarlarda yeniliklər və izləmə mexanizmləri, ilkin addımlar və davamlılığın qorunması, təcrübəli şəxslərin uğurlu və uğursuz "case"ləri kimi mövzulara toxunulub.

Layihənin ilk 4 hissəsi də uğurla tamamlanıb və iştirakçılara start-up haqqında çox maraqlı və biznes mühitində istifadə edə biləcəkləri lazım olan bilgilər verilib.

loading...

Mədəniyyət xəbərləri
DİM mayın 12-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək

DİM mayın 12-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək

08-05-2019 12:36 - Realtv.az - Mədəniyyət
Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahanın müddəti 3 saatdır. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq.
Sia.az digər xəbərlər