Su kanalına düşən şəxsin cəsədi tapıldı

Fövqəladə Hallar Nazirliyinin
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun İkinci Nügədi kəndində
1984-cü il təvəllüdlü Qubadov Nemət Şıxverdi oğlunun naməlum şəraitdə su
kanalına düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən BakuPost.az-a verilən məlumata görə, hadisə
yerinə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu
cəlb olunub. Həyata keçirilən birgə tədbirlər nəticəsində N.Qubadovun meyiti
sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.