Sükut günündə 250 pozuntu

Sükut günündə 250 pozuntu

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı elan edilən sükut günündə polisə seçki qanunvericiliyinin pozuntusuna dair 250-yə yaxın məlumat daxil olub.

Modern.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bunlardan 139-u qanunsuz təbliğatın aparılması ilə bağlıdır. Kiyevdə 39, Dnepropetrovsk vilayətində 25, Poltava vilayətində 16, Odessa vilayətində 14 qanun pozuntusu faktı qeydə alınıb.

Polis cəmi bir fakt üzrə cinayət işi açıb. O da dövlət və ictimai nümayəndəyə qarşı gücün tətbiqi ilə bağlı olub.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin birinci turu martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. Sonradan beş nəfər namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub. Səsvermə nəticəsində Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçiblər. Aprelin 21-də hər iki namizəd Ukraynanın yeni prezidenti olmaq uğrunda mübarizə aparacaq.

Siyasət xəbərləri
Modern.az digər xəbərlər