“Sülh ola bilərdi” – Ermənistandakı parlament terrorunda PUTİN İZİ – Politoloqdan ŞƏRH

“Sülh ola bilərdi” – Ermənistandakı parlament terrorunda PUTİN İZİ – Politoloqdan ŞƏRH

“Ermənistanın hakim partiyasının üzvü, Baş nazir Nikol Paşinyanın yaxın silahdaşı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryanın “27 oktyabr cinayəti açılıb. Sifarişçilər məlumdur. Bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib” açıqlaması əsl sensasiyadır. Ermənistanın hakim partiyasının deputatının ittihamı ciddidir. Söhbət Ermənistan parlamentinin 1999-cu ildə gülləbaran olunmasından gedir”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, həmin silahlı hücum nəticəsində spiker Karen Dəmirçiyan, baş nazir Vazgen Sərkisyan, spikerin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Henrix Abramyan və Mikael Kotanyan qətlə yetirildilər:

“Birincisi, o illərdə Dağlıq Qarabağ danışıqları intensivləşmişdi. O zaman belə xəbərlər yayılırdı ki, ATƏT-in 1999-cu ildə keçiriləcək İstanbul sammitində Dağlıq Qarabağla bağlı sülh sazişi imzalana bilər. Bu sülh sazişi Rusiyadakı bəlli mərkəzlərin maraqlarına cavab vermirdi. Ona görə də Ermənistan parlamentinin gülləbaran edilməsində Rusiya izi haqqında bugünə qədər danışılır.

İkincisi, Vladimir Putin gülləbaran zamanı cəmi bir ay idi ki, baş nazir vəsifəsinə təyin edilmişdi. Rusiyanın keçmiş prezidenti Boris Yeltsin hökumətin formalaşdırılmasını Federal Təhlükəsizlik Xidmətinin rəisi Vladimir Putinə tapşırmışdı. Buna baxmayaraq, Ermənistan parlamentinə hücum planı daha əvvəl hazırlana bilərdi. Çünki bu cür əməliyyatların hazırlanması xeyli zaman tələb edir. Bu o deməkdir ki, əgər Rusiyada Ermənistanda qarışıqlıq yaratmaq planı hazırlanmışdısa Putinin bundan mütləq şəkildə xəbəri var idi. Sadəcə burada iki məsələ var. Ya planı Putin özü hazırlayıb və həyata keçirilməsini şöbələrə tapşırıb, ya da o hazır olan plana razılığını verib”.

Ermənistan parlamenti gülləbaran olunmasaydı, sülh sazişi imzalanacaqdımı?

Elxan Şahinoğlu belə bir ehtimalın olduğunu bildirib:

“Parlamentdə öldürülənlərin əksəriyyəti sülh sazişi imzalamağa üstünlük verirdi. Bu gülləbarandan əvvəl Azərbaycan prezidentinin 3 yaxın tərəfdarı vəzifələrindən istefa verdilər. Söhbət prezidentin köməkçisi Eldar Namazov, prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Vəfa Quluzadə və xarici işlər naziri Tofiq Zülfüqarovdan gedir. Bu, onların birgə verdiyi qərar idi. Onlar hesab edirdilər ki, bu istefa ilə Azərbaycan üçün əlverişsiz olan sülh sazişinin İstanbulda imzalanmasının qarşısını alacaqlar. Ancaq Ermənistan parlamentinin gülləbaran olunması daha erkən olsaydı, adı çəkilən rəsmilər bəlkə də istefa verməzdilər. Çünki onsuz da Ermənistan parlamentinin gülləbaran olunması İstanbulda mümkün razılaşmanı əngəllədi”.

Politoloq deyib ki, Ermənistanın hakim partiyasının deputatının Putin əleyhinə açıqlaması Moskvada ciddi rezonans doğurmalıdır: “Çünki bu açıqlama Ermənistanın hansısa müxalifət partiyası nümayəndəsinin deyil, hakim partiyanın deputatının dilindən səsləndirilib. Bu isə o deməkdir ki, hakim partiyada da Putinə qarşı eyni əhval-ruhiyyə var. Moskvadan bu açıqlamaya görə təzyiq olsa, Ermənistanın baş naziri Nikol Paşinyan ya deyəcək ki, bu onun və partiyasının mövqeyi deyil, lap böyük təzyiq olacağı halda isə bəlkə də açıqlamanı səsləndirən deputatı partiyasından və ya komitə rəhbərliyindən xaric edəcək”. (teleqraf.com)

329 Baxılıb

Siyasət xəbərləri
Arif Qasımov görüşlərini davam etdirir - FOTO

Arif Qasımov görüşlərini davam etdirir - FOTO

11-04-2019 18:01 - Unikal.org - Siyasət
Unikal.org xəbər verir ki, səyyar qəbul 3 №-li sahə inzibati ərazi dairəsi üzrə Babək prospekti 99, 101, İ.Məmmədov küçəsi 2/4, 3 ünvanlarda yaşayan sakinlərlə keçirilib. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb. Qəbulda sakinlər məhəllədaxili yolların asfaltlanması, mənzillə təminat, binaların dam örtüklərinin və istilik sisteminin təmiri, pilləkən qəfəsələrinin şüşələnməsi, zirzəmilərin dezinfeksiya olunması, məhəllədə uşaq-əyləncə qurğularının quraşdırılması, küçə işıqlarının bərpası və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər. Rayon sakinlərinin arzu və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bəziləri yerində həll edilib, araşdırılmasına ehtiyac olan digərlərinin qanunvericiliyə uyğun və operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
Turkustan.info digər xəbərlər
Prezidentdən SƏRƏNCAM: Təşkilat Komitəsi yaradıldı – Baş nazirin müavini sədr oldu

Prezidentdən SƏRƏNCAM: Təşkilat Komitəsi yaradıldı – Baş nazirin müavini sədr oldu

11-04-2019 16:40 - Turkustan.info - Siyasət
Sərəncama əsasən, “Dünya dini liderlərinin II Bakı sammiti”nin 2019-cu il 14-15 noyabr tarixlərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılır:Təşkilat Komitəsinin sədriƏli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müaviniTəşkilat Komitəsinin üzvləriŞeyxülislam Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin sədriZeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiriƏli Həsənov – Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiriEtibar Nəcəfov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiriSamir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziriƏbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziriMübariz Qurbanlı – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriVüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisiÜlvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədriRamiz Həsənov – Azərbaycan Respublikası xarici işlər nazirinin müaviniİsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentiSiyavuş Novruzov – Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədriAslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədriRövşən Məmmədov – “Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müaviniİsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədriAleksandr İşein – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopuMilix Yevdayev – Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədriSalman Musayev – Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müaviniVasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədriBu sərəncamla yaradılmış Təşkilat Komitəsi “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.