Sumqayıt Dövlət Dram Teatrında "Zülmətdə nur" kitabının təqdimat mərasimi keçirilib

Sumqayıt Dövlət DramTeatrında şair - dramaturq NizamiMuradoğlunun "Zülmətdə nur" kitabının təqdimat mərasimi keçirilib. "Zülmətdənur" müəllifin mənzum dramının adıdır. Qeyd edək ki, ötən teatr mövsümündəSumqayıt Dövlət Dram Teatrında sözügedən dram əsasında eyniadlı tamaşahazırlanıb tamaşaçıların ixtiyarına verilmişir. Mənzum pyes Azərbaycantarixinin ağrılı bir səhifəsini özündə əks etdirir. Mütəfəkkir şair, böyükdramaturq, Azərbaycanda romantizmin banisi Hüseyn Cavidin və ailəsinin başına gətirilənfaciə, zamanın amansız repressiya maşınının törətdiyi qətliamlar mükəmməl şəkildətəsvir olunub. Həmçinin Hüseyn Cavidlə eyni taleyi yaşamış istiqlal şairləriƏhməd Cavadın və Mikayıl Müşfiqin çəkdikləri əziyyətlər də pyesdə yer alıb.
Təqdimat zamanı teatrındirektoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək Nizami Muradoğlunun əsərinintarixi həqiqətləri özündə ehtiva etmək baxımından sosial-siyasi əhəmiyyətinivurğuladı."Zülmətdə nur" tamaşasının quruluşçu rejissoru, xalqartisti Firudin Məhərrəmov bildirdi ki, korifey sənətkar, nəhəng dramaturqhaqqında pyes yazmaq da, onu tamaşaya hazırlamaq da məsuliyyətli işdir və nəyaxşı ki, yaradıcı heyət bu işin öhdəsindən layiqincə gələ bilib.
Daha sonra kitabınredaktoru Əhməd Qəşəmoğlu, yazıçı-ssenarist, kulturoloq Hafiz İmamnəzərli,professor Allahverdi Məmmədli, jurnalist Kamil Məhərrəmli, əməkdar artistİlahə Səfərova və başqaları müəllifi təbrik etdilər, ürək sözlərini söylədilər.Bütün çıxışların məğzində bir fikir dayanırdı : Milli məfkurəmizinformalaşmasında iz qoymuş istiqlal ruhlu şairlərimizin həyat və fəaliyyətininmüstəqil, qüdrətli Azərbaycanın gənclərinə aşılanması təqdirə layiq işdir. Tədbirdən sonraqonaqlar "Zülmətdə nur" tamaşasına baxdılar.