“Sumqayıt” klubu ötən ili 1 milyon manatdan çox zərərlə başa vurub

“Sumqayıt” klubu ötən ili 1 milyon manatdan çox zərərlə başa vurub

"Sumqayıt Futbol Klubu” MMC 2018-ci ili 1,149 milyon manat zərərlə başa vurub.

Xeberle.com-un məlumatına görə, klubun açıqladığı maliyyə hesabatında gəlirlərin 1,527 milyon manat, xərclərin isə2,676 milyon manat təşkil etdiyi bildirilir.

Reklamdan və sponsorlardan gəlir 401 min manat, UEFA-dan pul mükafatı 954 min manat, kommersiya gəliri isə 172 min manat təşkil edib.

Gənclər klubunun inkişafına çəkilən xərclər336 min manat, digər xərclər isə 2,34 milyon manat olub.

Bu il yanvarın 1-nə "Sumqayıt Futbol Klubu”nun aktivləri 554 min manat təşkil edib. Klub 11,104 milyon manatlıq öhdəliklərə və 10,55 milyon manatlıq kapital çatışmazlığına malik olub.

Qeyd edək ki, hesabatda transfer gəlirləri və xərcləri göstərilməyib.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər
“Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib – FOTOLAR

“Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib – FOTOLAR

08-05-2019 16:57 - Xeberle.com - Mədəniyyət


Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində "Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib
Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində "Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib.
Festivalda məktəbin uşaq xalq çalğı alətləri orkestrinin ifasında S.Rüstəmovun "Sumqayıt”, E.Sabitoğlunun "Azərbaycan” və "Heydər Əliyev -95” Respublikası müsabiqəsinin qalibi olmuş məktəbin məzunu Nərmin Mirzəyevanın ifasında "Heyratı” zərb muğamı, VIII və IX Respublika müsabiqəsinin qalibi olmuş məktəbin uşaq xor kollektivi, "Nağaraçılar ansamblı”, "Ümid” rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.
O cümlədən, məktəbin skripka üzrə VI sinif şagirdi Elcan Manaflının ifasında Ü.Hacıbəylinin "Sevgili canan”, fleyta ixtisası üzrə I sinif şagirdi Sevil Seyidovanın ifasında S.Rüstəmovun "Alagöz”, klarnet ixtisası üzrə III sinif şagirdi Azər Əliyevin ifasında Montinin "Çardaş”, saz üzrə II sinif şagirdi Cavad Kərimovun ıfasında "Ruhani” saz havası, vokal üzrə V sinif şagirdi Mədinə Baloğlanzadənin ifasında F.Əmirovun ”Sevil” operasından ”Dilbərin ariyası”, tar ixtisası üzrə V sinif şagirdi Orxan Həsənxanovun ifasında H.Vəkilovun "Şıdırığı” əsərləri maraqla dinlənilib.
Sonda festival iştirakçıları məktəbin rəsm şöbəsi şagirdlərinin Sumqayıtın 70 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.