“Sumqayıt” klubu ötən ili 1 milyon manatdan çox zərərlə başa vurub

“Sumqayıt” klubu ötən ili 1 milyon manatdan çox zərərlə başa vurub

"Sumqayıt Futbol Klubu” MMC 2018-ci ili 1,149 milyon manat zərərlə başa vurub.


"Report”un məlumatına görə, klubun açıqladığı maliyyə hesabatında gəlirlərin 1,527 milyon manat, xərclərin isə2,676 milyon manat təşkil etdiyi bildirilir.

Reklamdan və sponsorlardan gəlir 401 min manat, UEFA-dan pul mükafatı 954 min manat, kommersiya gəliri isə 172 min manat təşkil edib.


Gənclər klubunun inkişafına çəkilən xərclər336 min manat, digər xərclər isə 2,34 milyon manat olub.


Bu il yanvarın 1-nə "Sumqayıt Futbol Klubu”nun aktivləri 554 min manat təşkil edib. Klub 11,104 milyon manatlıq öhdəliklərə və 10,55 milyon manatlıq kapital çatışmazlığına malik olub.


Qeyd edək ki, hesabatda transfer gəlirləri və xərcləri göstərilməyib.www.anews.az

loading...

İdman xəbərləri
Anews.az digər xəbərlər