Sumqayıt Polis İdarəsində yeni təyinatlar olub

Sumqayıt Polis İdarəsində yeni təyinatlar olub

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Xeberle.com report-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Cinayət-Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantıVüqar Babayevvə İctimai Təhlükəsizlik Şöbəsinin (İTŞ) rəisi, polis polkovnik-leytenantıNamiq Məmmədovişdən çıxarılıblar.

Müvafiq əmrlərə əsasən, Sumqayıt ŞPİ-nin CAŞ rəisi vəzifəsinə Nərimanov Rayon Polis İdarəsinin CAŞ rəisi, polis polkovnik-leytenantıHaqverdi Zeynalov, Sumqayıt İTŞ-nin rəisi vəzifəsinə isə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəis müavini, polis polkovnikiNəzər Əsgərovtəyin edilib.

Digər əmrə əsasən, Binəqədi RPİ CAŞ rəisi, polis polkovnik-leytenantıNiyaməddin EyvazovNərimanov RPİ-nin CAŞ rəisi təyin edilib.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Açar sözlər
Sumqayıt Şəhər Polis Idarəsi , Ictimai Təhlükəsizlik Şöbəsi , Nərimanov Rayon Polis Idarəsi , Sumqayıt , Binəqədi
Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər