Sumqayıt sakini Ceyranbatanda küçədə öldü

Sumqayıt sakini Ceyranbatanda küçədə öldü

Ceyranbatan qəsəbəsində səhər saatlarında küçədə meyit tapılıb.

Xeberle.com-un məlumatına görə, Sumqayıt şəhər 4-cü məhəllə sakini, 1982-ci il təvəllüdlü Pərviz Sultan oğlu Rəhimovun cansız bədəni Ceyranbatan qəsəbəsində küçədə aşkar edilib. P. Rəhimovun yüksək dozada narkotikin təsirindən öldüyü ehtimal edilir. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xədicə Səxavətqızı

Xeberle.com


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər