Sumqayıt sakini xəstəxanada döyülərək öldürülüb?

Sumqayıt sakini xəstəxanada döyülərək öldürülüb?

Psixiatriya Xəstəxanasında müalicə alan xəstə dünyasını dəyişib.

Xeberle.com-un məlumatına görə, hadisə Salyan Psixiatriya Xəstəxanasında baş verib. Belə ki, sözügedən xəstəxanada müalicə alan Sumqayıt şəhər sakini 1957-ci il təvəllüdlü Qədimalıyeva Gülüm Fərman qızı orada ölüb. Onun meyiti Sumqayıta gətirilib və müayinə zamanı bədənində xəsarət izlərinin aşkarlandığı bildirilir. G. QədimalıyevanınSalyan Psixiatriya Xəstəxanasında döyüldüyü ehtimal olunur.

Müayinədən sonra mərhumun meyidi Sumqayıt şəhərində ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xədicə Səxavətqızı

Xeberle.com

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Təhsil Nazirliyindən birinci siniflərlə bağlı - VACİB QƏRAR

Təhsil Nazirliyindən birinci siniflərlə bağlı - VACİB QƏRAR

03-01-2019 11:28 - Oxu.az - Hadisə
Böyük summativ qiymətləndirmə ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda aşağıda sadalanan fənlər üzrə aparılır:Ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə;Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;Lisey və gimnaziyaların V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum üç fənn üzrə;Ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;Ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum üç təmayül fənni üzrə;Lisey və gimnaziyaların X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum üç fənn üzrə.
Xeberle.com digər xəbərlər