"Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"

"Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"

Mehman İsmayılov: “Gələcəkdə belə mərkəzlərin regionlarda da inşası mədəniyyətimizin inkişafında mühüm rol oynaya bilər”

Azərbaycanın milli-mənəvidəyərləri arasında muğamımızın özünəməxsus yer tutduğu şübhəsizdir. Təsadüfideyildir ki, milli, tarixi və mədəni kimliyimiz baxımından müstəsna əhəmiyyətəmalik olan muğamlarımızın təbliği həm ölkə rəhbərliyi, həm də Heydər ƏliyevFondu səviyyəsində daim diqqət mərkəzindəsaxlanılan mühüm məsələlər sırasındadır. Bu baxımdan özünün 70 illiyinəhazırlaşan Sumqayıt şəhərində Muğam Mərkəzinin inşasına başlanılması yalnız şəhərmiqyasında deyil, ölkə miqyasında mühüm hadisə hesab edilə bilər.

Milli-mənəvi dəyərlərimizdənbiri olan muğamımızın təbliği və inkişafı baxımından Sumqayıtda Muğam Mərkəzinininşası Mənəvi Dəyərlərimizin Təbliği Fondu tərəfindən necə dəyərləndirilir?

Moderator.az-a açıqlamaverən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehmanİsmayılov Sumqayıtda Muğam Mərkəzinin inşasının təqdirəlayiq olduğunubildirdi:

Dəyərlərimizin, bütövlükdə mədəniyyətimizin yaşadılması çox vacibdir.Mədəniyyətimizin ən mühüm elementlerindən biri olan muğam sadəcə bizə məxsus dəyərdeyil, bütövlükdə bütün bəşəriyyətin ortaq mədəniyyətinə verdiyimiz töhfədir. Yəni,muğam bizim, həm də dünyaya xitabımızdır. Təbii ki, bu cür dəyərlərin qorunmasımaddi baza tələb edir. Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiqaddımdır. Belə mərkəzlər insanlara öz dəyərlərini, tarixini, ənənələrini daha dərindəntanımağa və tanıtmağa imkan yaradır. Gələcəkdə bu cür mərkəzlərin regionlardada inşası mədəniyyətimizin inkişafında mühüm rol oynaya bilər”.

Məlumatüçün qeyd edək ki, son illər Sumqayıtda böyük tikinti-quruculuq işləri həyatakeçirilməkdədir ki, bu işlərdən biri də Muğam Mərkəzinin inşasıdır.Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edilən Muğam Mərkəzinin cariilin noyabr ayına kimi istifadəyə verilməsi nəzərdə tutulur.

SeymurƏLİYEV

Açar sözlər
Mehman Ismayılov , Muğam Mərkəzi , Mənəvi Dəyərlərin Təbliği Fondu , Sumqayıt Şəhər Icra Hakimiyyəti , Azərbaycan , Sumqayıt
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər