Sumqayıta fərqlilik gəldi! — Fotolar + Video

Sumqayıta fərqlilik gəldi! — Fotolar + Video

Sumqayıtda tərzin yeni ünvanı “Maxx New York” mağazasının açılışı olub.

Tanınmış brendlər, rəngarəng geyimlər və çoxlu seçim üstünlüyü yaradan “Maxx New York” mağazası Sumqayıt şəhəri, Sülh küçəsi, 2 mkr. ərazisində yerləşir.

Aprel ayının 20-i saat 13:00-da baş tutan və ilk gündən böyük marağa səbəb olan açılış mərasimində iştirak edən qonaqlara özəl hədiyyələr təqdim edilib. Tanınmış müğənni Damla və digər məşhurlar da açılış mərasimində iştirak edib və mağazaya gəlmiş qonaqlarla şəkil çəkdirib.

Artıq Sumqayıt sakinləri arzuladıqları geyimləri almaq üçün uzun yol qət edərək Bakıya getməli olmayacaq. “Maxx New York” məşhur brendlərin zövqlü geyimlərini sərfəli qiymətlə sumqayıtlılar üçün əlçatan edir.

“Maxx New York” mağazası “Tam istədiyin kimi” sloqanı ilə sumqayıtlılar üçün sərfəli qiymətə yüksək keyfiyyətli və geniş çeşiddə məhsullar təklif edir.

Sumqayıt sakinləri tam istədikləri kimi hazırlanmış qadın və kişi geyimləri, aksessuarlar və ayaqqabıları yeni açılmış mağazadan əldə edə bilərlər.

İqtisadiyyat xəbərləri
Qafqazinfo.az digər xəbərlər