Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimlə bağlı yenidən məhkəmə başlayıb

Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimlə bağlı yenidən məhkəmə başlayıb

Ali Məhkəmədə Sumqayıt şəhərində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloquİsmayıl Qəmbərovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başlayıb.

Xeberle.com-un xəbərinə görə, hakimFərhad Kərimovun sədrliyi ilə keçiirlən prosesdə İ.Qəmbərovun anket məlumatları və prokurorluğun kassasiya protestinin dəlilləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 7-də təyin edilib.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlüQurbanlı Arzu Sənan qızı2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Daha sonra "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Qəmbərovabəraətverilib. Hökmdən narazı qalan prokurorapellyasiya protesti, zərərçəkmiş isə apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətitəmin olunmayıb.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər