Sumqayıtda 67 yaşlı qadın evində ölü tapılıb

Sumqayıtda 67 yaşlı qadın evində ölü tapılıb

Sumqayıtda mənzildə meyit aşkarlanıb.

Xeberle.com-unməlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri, 4-cü mikrorayonda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Piyatevna Svetlana Qriqoryevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - Təfərrüat

Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - Təfərrüat

26-04-2019 08:24 - Minval.info - Hadisə
Şübhə yoxdur ki, Vüqar Mahmudov bütün bunları sabiq nazirin göstərişi və razılığı əsasında gerçəkləşdirib Xəbər verildiyi kimi, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin olunub. Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Xeberle.com digər xəbərlər