Sumqayıtda ağır peşənin incə qəhrəmanı... - VİDEOREPORTAJ

Sumqayıtda ağır peşənin incə qəhrəmanı... - VİDEOREPORTAJ

Qadın zərif məxluqdur və çətin işlərin öhdəsindən gələ bilməzlər - deyə düşünənlər yanılırlar. Çünki elə qadınlarımız var ki, əks cinsin nümayəndələri ilə çiyin-çiyinə çalışır. Sujetimizin qəhrəmanı Rəhilə Əlizadə kimi.

"Taksi sürücüsü” deyəndə insanın ağlına ilk gələn damağında siqaret, əynində dəri gödəkçə, əlində açar fırladaraq sakinlərə yaxınlaşıb "taksi lazımdır?” deyən kişi canlanır. Ola bilər ki, sadaladığımız əlamətlər fərqli və təsəvvür etdiyimiz "day-day” bir qədər xarizmatik olsun. Amma nəticə olaraq hər kəsin təsəvvüründəki taksi sürücüsü kişi olaraq qalır. Qəhrəmanımız sözün bütün mənalarında xanımdır və taksi sürücüsü olmağı onun qüruruna toxunmur.

55 yaşlı Rəhilə Əlizadə nə az, nə çox düz 30 ildir ki, ömrünü sevdiyi peşəsinə həsr edib. Uşaqlıqdan sürücü olmaq arzusu ilə yaşasa da, valideyinləri onun bu istəyinə qarşı çıxıb. Əslən Beyləqan rayonundan olan və hazırda Sumqayıtda yaşayan Rəhilə xanımın istəyinə isə həyat yoldaşı yox deməyib. Rəhilə xanımın ilk sürücülük fəaliyyətinə başladığı illər Sovet dönəminə təsadüf etdiyindən onun bu peşəsi birmənalı qarşılanmayıb. Amma indi yaxınları onun taksi sürücüsü kimi fəaliyyət göstərməsinə qarşı deyil. Müştəriləri qəhrəmanımızı sevməklə yanaşı, həm də etibar edirlər. Qadın sürücünün kişi kimi dostları var, taksiçi dostları...

Onlar Rəhilə xanıma hörmət edir, xətrini əziz tuturlar. Rahilə xanımın ilk avtomobili "VAZ 21011" olub. O, taksi sürücüsü kimi ilk sükan arxasına əyləşdiyi günü və qazancını belə xatırlayır. O, işinin çoxluğundan şikayətlənmir və peşəsini çox sevir. Hətta səhhətində hərdən problem olasa da, bu, onun işləmək həvəsinə mane olmur. Amma Rahilənin bayaqdan sadaladığımız bu üstünlükləri, onu kişi sürücülərdən fərqləndirərək, qanuna müvafiq şəkildə hansısa cəza növündən qorumur. Çünki, qanunlar cinslərə yox, qaydalara əsaslanır. Qəhrəmanımız deyir ki, maraqlı da olsa da bu vaxta qədər yol müfəttişləri ilə problemi olmayıb.

Yolunuz açıq müştəriniz bol olsun.

RAMİL ZEYNALLI

ARB:24

Mədəniyyət xəbərləri
Xeberle.com digər xəbərlər