Sumqayıtda arvadını yatdığı yerdə öldürən şəxsin məhkəməsi başladı

Sumqayıtda arvadını yatdığı yerdə öldürən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda arvadını boğub öldürməkdə ittiham olunan Şamil Axundovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib. Məhkəmə baxışı mayın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 11-də Sumqayıt şəhərində baş verib. Ş.Axundov qısqanclıq zəminində həyat yoldaşı, 28 yaşlı Leyla Axundovanı yatdığı yerdə boğaraq öldürüb.

Virtualaz.org

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər