Sumqayıtda azyaşlı qaynar suda yandı

Sumqayıtda azyaşlı qaynar suda yandı

Sumqayıtda 4 yaşlı uşaq yanıq xəsarəti alıb.

Xeberle.com-un məlumatına görə, hadisə şəhərin "Yaşma bağları” yaşayış massivində baş verib.

2015-ci il təvəllüdlü Baxışova Nəzrin Vüsal qızının üzərinə qaynar su tökülüb və o yanıq xəsarətləri alıb.

Vəziyyəti orta-ağır olduğundan 4 yaşlı uşaq Bakıya Yanıq Mərkəzinə göndərilib.

Xədicə Səxavətqızı

Xeberle.com



Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər