Sumqayıtda "barak"da yanğın: məcburi köçkünlər yaşayırdı... -FOTOLAR

Sumqayıtda "barak"da yanğın: məcburi köçkünlər yaşayırdı... -FOTOLAR

Sumqayıtda yanğın olub.

Xeberle.com-un məlumatına görə, hadisə gecə saatlarında Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə əvvələr məcburi köçkünlərin yaşadığı "barak” tipli birmərtəbəli, çoxmənzilli bina qəfildən alışıb.

Ümumi sahəsi 700 m² olan taxta konstruksiyalı tikilinin 250 m² sahəsi yanıb.

Hadisə yerinə Sumqayıt Yanğından Mühafizə Qarnizonundan 4 ədəd yanğın avtomobili və canlı qüvvə cəlb edilib.

Yanğın söndürülüb, binanın qalan sahəsi və ətraf tikililər yanğından tam mühafizə olunub.

Xəsarət alan olmaylb.



Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər