Sumqayıtda bu marşrut xətti bağlana bilər: sərnişinlərin NƏZƏRİNƏ!

Sumqayıtda bu marşrut xətti bağlana bilər: sərnişinlərin NƏZƏRİNƏ!

"Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi Xəzri yaşayış massivi istiqamətində işləyən 55 nömrəli marşrut xətti bağlana bilər. Buna səbəb isə yaşayış massivi ərazisində yolların dar və bərbad olmasıdır".

Bu sözləriXeberle.com-a açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov deyib. T. Saydumov hazırda xətdə olan marşrut avtobuslarının köhnə olduğunu və yeni avtobusların verilməsinin isə mümkünsüz olduğunu bildirib: "Qəsəbənin yolları çox bərbad vəziyyətdə olduğundan əraziyə yeni avtobus verə bilmərik, köhnə avtobuslar isə yığışdırılmalıdır. Küçələr o qədər ensizdir ki, iki avtobus qarşı- qarşıya gəldikdə bir-birlərinə yol vermək üçün küçədə məsafə qalmır. Həmçinin də qəsəbənin yolları çala- çuxurlu olduğu üçün əraziyə təzə avtobusların verilməsi qeyri mümkündür”.

Sumqayıt Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən isə Xeberle.com-a bildiriblər ki, mart ayında massiv ərazisində yolların təmiri nəzərdə tutulub.

Xədicə Səxavətqızı

Xeberle.com


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər