Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi sakinləri adından Quluyev Təyyar Mansur oğlu yollarının bərbad olması barədə Xeberle.com-a şikayət ərizəsi ünvanlayıb.
Qəsəbənin Xəzri yaşayış massivi sakinlərinin veridikləri məlumata görə, qəsəbəyə gedən yollar və həmçinin məhəllədaxili yollar demək olar ki, yararsız haldadır. Şikayətçilər bildirirlər ki, yolu ən azı 2 saata qət etmək mümkündür. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, cavab ala bilməyiblər. Yol problemi illərdir ki, davam edir.
Sumqayıt şəhər İcra Hakimiyətinin mətbuat katibi Eyvaz Qocayev Xeberle.com-a 2019-cu ildə də Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı tədbirlər planı hazırlandığını bildirdi. Mətbuat katibi həmçinin qeyd etdi ki, "Üç il ərzində Sumqayıt şəhərində ümumilikdə 37 prospekt və küçədə uzunluğu 85 kilometr olmaqla 1,3 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənilib. Şəhərin 26 məhəllə və mikrorayon ərazisində isə ümumilikdə 1,5 milyon kvadratmetr əraziyə asfalt vurulub. Son illər Sumqayıt şəhərində mövcud yolların təmir olunması ilə yanaşı, yeni yollar da salınıb. Şəhər ərazisində uzunluğu 7 kilometr olan 4 yeni yol salınıb. 2019-cu ildə də Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı tədbirlər planı hazırlanıb. İl ərzində 50 kilometr uzunluğunda şəhərdaxili və qəsəbələrdə küçə və yolların, 1.5 milyon kvadratmetr məhəllədaxili ərazidə yeni asfalt örtüyünün salınması işləri nəzərdə tutulur”.
Xədicə Səxavətqızı
Xeberle.com
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.