Sumqayıtda doğuş zamanı körpə öldü

Sumqayıtda doğuş zamanı körpə öldü

Sumqayıtda ötən gecə doğum evlərinin birində körpə ölümü baş verib.

Xeberle.com-un məlumatına görə, hadisə 2 nömrəli Doğum Evində qeydə alınıb. Belə ki, 1998-cil il təvəllüdlü Rəfizadə İradə Samir qızının dünyaya gətirdiyi qız uşağı doğuş zamanı ölüb.

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdir əvəzi Səkinə SadıxovaXeberle.com-a hadisəni təsdiqləyib: "Ötən gecə 2 nömrəli Doğum Evindəbelə hal baş verib. Doğuş zamanı dünyaya gələn körpə dünyasını dəyişib.Uşağın nəşi Bakıya ekspertizaya göndərilib. Ekspertizanın rəyindən sonra körpənin hansı səbəbdən dünyasını dəyişdiyi məlum olacaq".

Məlumata görə, doğuşu həkim Təranə Əzizova həyata keçirib. Ananın yaxınları körpənin ölümündə həkimi günahlandırır və hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Xədicə Səxavətqızı

Xeberle.com


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər