Sumqayıtda fəhlə işlədiyi yerdə qətlə yetirildi

Sumqayıtda qətl hadisəsi törədilib.
"Report"un məlumatına görə, hadisə şüşə qab istehsal edən zavodlardan birində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu zavodda iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.