Sumqayıtda infrastruktur layihələrinə 2 milyard manat investisiya qoyulub

Sumqayıtda infrastruktur layihələrinə 2 milyard manat investisiya qoyulub

"Sumqayıtda infrastruktur layihələrinə 2 milyard manatdan çox investisiya qoyulub”.

Bu barədəXeberle.com-a Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib.

Onun sözlərinə görə, şəhərdə 2015-ci illə müqayisədə 2018-ci ildə ümumi məhsul buraxılışı 2.5 dəfə, sənaye məhsulunun həcmi 2,9 dəfə, orta aylıq əmək haqqı 18,4 faiz artıb. Yerli büdcə xərcləri 2015-ci ildə 30,0 milyon manat olmuşdusa, 2018-ci ildə yerli büdcə xərcləri dotasiyasiz 44,0 milyon manat təşkil edib. Yəni, 2015-ci illə müqayisədə 46 faiz artıb.

Mətbuat katibi bildirib ki, Sumqayıt şəhərində 2015-2018-ci illər ərzində infrastruktur layihələrinə 2 milyard manatdan çox investisiya qoyulub, 25540 yeni iş yeri açılıb: "2018-ci ildə ümumi məhsul buraxılışı 2 milyard manat, sənaye müəssisələrində məhsul istehsalı 1 milyard 300,0 milyon manat həddini ötüb”.

E. Qocayev bildirib ki, son 3 ildə Sumqayıtda 2,8 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənib: "Sumqayıt şəhərində ümumilikdə 37 prospekt və küçədə uzunluğu 85 kilometr olmaqla 1,3 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənilib. Şəhərin 26 məhəllə və mikrorayon ərazisində isə ümumilikdə 1,5 milyon kvadratmetr əraziyə asfalt vurulub”.



Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Açar sözlər
Eyvaz Qocayev , Sumqayıt Şəhər Icra Hakimiyyəti , Sumqayıt
Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər
Sumqayıtda uşaqlar üçün teatr yaradılıb - FOTOLAR

Sumqayıtda uşaqlar üçün teatr yaradılıb - FOTOLAR

17-04-2019 10:34 - Xeberle.com - Mədəniyyət





Sumqayıt şəhər
N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin
dəstəyi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə "Günəşim”
kukla teatrının təqdimat mərasimi keçirilib.
Təqdimat
mərasimində Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyi
üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.
Klubun
özfəaliyyət kollektivinin üzvləri Nicat Abdullayev və Həcər Səfərlinin
aparıcılığı ilə başlayan tədbirdə "Günəş” mahnı qrupunun (bədii rəhbər İradə
Aslanova) ifasında şən mahnılar, uşaqlardan ibarət "Buratino” rəqs qrupunun (bədii
rəhbər Kamran İsmayılov və Nişanə İsmayılova) şən rəqsləri və klounların
məzhəkəli çıxışları balacalara unudulmaz anlar yaşadıb.
Sonra "Günəşim”
kukla tetarının Abdulla Şaiqin "Tıq-tıq xanım” nağılı əsasında səhnələşdirdiyi
"Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub.
Tamaşa uşaqlar
tərəfindən maraq və sevinclə qarşılanıb.
Qeyd edək ki, "Sumqayıt-70” layihəsi çərçivəsində Sumqayıt Regional Mədəniyyət
İdarəsinin rəisi Mehman Şükürovun dəstəyi ilə Sumqayıt şəhər 4 saylı
Diyarşünaslıq klubunun nəznində yaradılan "Günəşim” kukla teatrının məqsədi uşaqların
asudə vaxtının səmərəli və mənalı təşkili, onların dünyagörüşünün
formalaşmasında yardımçı olmaqdır.
 Tetarın ideya müəllifi Ayişə Səfərli, bədii
rəhbəri Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel
Hüseynovadır.




Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.