Sumqayıtda mənzildə qadın meyiti aşkarlanıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istindən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Pyatevna Svetlana Qriqovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.