Sumqayıtda son 5 ildə 6 milyard manatdan yuxarı məhsul buraxılıb

Sumqayıtda son 5 ildə 6 milyard manatdan yuxarı məhsul buraxılıb

"Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası dövründə şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,9 dəfə və investisiya qoyuluşu 3,5 dəfə artıb".

Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən bildiriblər.

Qeyd olunub ki, son 5 ildə 6 milyard 422 milyon manatlıq ümumi məhsul buraxılıb və xidmətlər göstərilib. Bununla yanaşı,4 milyard 130 milyon manatlıq sənaye məhsulu istehsal olunub, şəhərin inkişafına və ayrı-ayrı infrastruktur layihələrinin icrasına 2 milyard 500 milyon ABŞ dolları investisiya yatırılıb. Bu dövrdə 32 819 yeni iş yeri, 2 955 kiçik, orta və iri sahibkarlıq subyekti yaradılıb.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər
“Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib – FOTOLAR

“Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib – FOTOLAR

08-05-2019 16:57 - Xeberle.com - Mədəniyyət


Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində "Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib
Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində "Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib.
Festivalda məktəbin uşaq xalq çalğı alətləri orkestrinin ifasında S.Rüstəmovun "Sumqayıt”, E.Sabitoğlunun "Azərbaycan” və "Heydər Əliyev -95” Respublikası müsabiqəsinin qalibi olmuş məktəbin məzunu Nərmin Mirzəyevanın ifasında "Heyratı” zərb muğamı, VIII və IX Respublika müsabiqəsinin qalibi olmuş məktəbin uşaq xor kollektivi, "Nağaraçılar ansamblı”, "Ümid” rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.
O cümlədən, məktəbin skripka üzrə VI sinif şagirdi Elcan Manaflının ifasında Ü.Hacıbəylinin "Sevgili canan”, fleyta ixtisası üzrə I sinif şagirdi Sevil Seyidovanın ifasında S.Rüstəmovun "Alagöz”, klarnet ixtisası üzrə III sinif şagirdi Azər Əliyevin ifasında Montinin "Çardaş”, saz üzrə II sinif şagirdi Cavad Kərimovun ıfasında "Ruhani” saz havası, vokal üzrə V sinif şagirdi Mədinə Baloğlanzadənin ifasında F.Əmirovun ”Sevil” operasından ”Dilbərin ariyası”, tar ixtisası üzrə V sinif şagirdi Orxan Həsənxanovun ifasında H.Vəkilovun "Şıdırığı” əsərləri maraqla dinlənilib.
Sonda festival iştirakçıları məktəbin rəsm şöbəsi şagirdlərinin Sumqayıtın 70 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.