Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 24-də saat 21 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini S.Cəfərov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Açar sözlər
Murad Məmmədov , Daxili Işlər Nazirliyi , Bakı , Sumqayıt , Xəsarət
Hadisə xəbərləri
Azertag.az digər xəbərlər