Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Sumqayıt şəhərində qeyd edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Daha sonra "Kimyaçı” Mədəniyyət sarayında respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

Vurğulanıb ki, sumqayıtlılar ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır. Ölkəmizə rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb. Sumqayıt ötən əsrin 40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində inkişafa başlayıb və şəhərə yeni nəfəs verilib.

Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir. Sumqayıt son illər əsaslı tikinti və quruculuq meydanına çevrilib. Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılması və sakinlərinin sosial problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzindədir. Bu və digər inkişaf perspektivləri Sumqayıtı ölkəmizin aparıcı şəhərlərindən birinə çevirmişdir.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər
Qubadlılar ulu öndərə ehtiramlarını bildiriblər - FOTOLAR

Qubadlılar ulu öndərə ehtiramlarını bildiriblər - FOTOLAR

10-05-2019 15:30 - Xeberle.com - Siyasət


Bu
gün Stansiya Sumqayıt ərazisində məcburi köçkün ailələri
üçün yeni salınmış yaşayış massivində Ulu Öndərin anadan
olmasının 96-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

Xeberle.comxəbər verir ki, rayon icra hakimiyyəti və YAP-ın Qubadlı rayon təşkilatının birgə
təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra
Hakimiyyətinin başçısı Malik İsaqov, icra hakimiyyətinin məsul işçiləri, hüquq
mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri
iştirak ediblər.

Öncə tədbir iştirakçıları yaşayış massivində ağacəkmə
kampaniyası çərçivəsində 1000 ədəd ağac əkiblər. 
Qeyd olunub ki, bu gün Heydər Əliyev siyasi irsinin layiqli
davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndərinideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata
keçirilməsi ölkəmizi çiçəklənən bir diyara çevirib: "Biz inanırıq ki,
yaxın gələcəkdə məhz bu siyasətin nəticəsində torpaqlarımız işğaldan azad
olunacaq və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar".
Tədbir Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası kollektivinin
hazırladığı konsert proqramı
ilə başa çatıb.











Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.