Sumqayıtda uşaqlar üçün teatr yaradılıb - FOTOLAR

Sumqayıtda uşaqlar üçün teatr yaradılıb - FOTOLAR


Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə "Günəşim” kukla teatrının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.

Klubun özfəaliyyət kollektivinin üzvləri Nicat Abdullayev və Həcər Səfərlinin aparıcılığı ilə başlayan tədbirdə "Günəş” mahnı qrupunun (bədii rəhbər İradə Aslanova) ifasında şən mahnılar, uşaqlardan ibarət "Buratino” rəqs qrupunun (bədii rəhbər Kamran İsmayılov və Nişanə İsmayılova) şən rəqsləri və klounların məzhəkəli çıxışları balacalara unudulmaz anlar yaşadıb.

Sonra "Günəşim” kukla tetarının Abdulla Şaiqin "Tıq-tıq xanım” nağılı əsasında səhnələşdirdiyi "Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub.

Tamaşa uşaqlar tərəfindən maraq və sevinclə qarşılanıb.

Qeyd edək ki, "Sumqayıt-70” layihəsi çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovun dəstəyi ilə Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun nəznində yaradılan "Günəşim” kukla teatrının məqsədi uşaqların asudə vaxtının səmərəli və mənalı təşkili, onların dünyagörüşünün formalaşmasında yardımçı olmaqdır.

Tetarın ideya müəllifi Ayişə Səfərli, bədii rəhbəri Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel Hüseynovadır.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Mədəniyyət xəbərləri
Xeberle.com digər xəbərlər
Sumqayıtda uşaqlar üçün teatr yaradılıb - FOTOLAR

Sumqayıtda uşaqlar üçün teatr yaradılıb - FOTOLAR

17-04-2019 10:34 - Xeberle.com - Mədəniyyət





Sumqayıt şəhər
N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin
dəstəyi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə "Günəşim”
kukla teatrının təqdimat mərasimi keçirilib.
Təqdimat
mərasimində Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyi
üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.
Klubun
özfəaliyyət kollektivinin üzvləri Nicat Abdullayev və Həcər Səfərlinin
aparıcılığı ilə başlayan tədbirdə "Günəş” mahnı qrupunun (bədii rəhbər İradə
Aslanova) ifasında şən mahnılar, uşaqlardan ibarət "Buratino” rəqs qrupunun (bədii
rəhbər Kamran İsmayılov və Nişanə İsmayılova) şən rəqsləri və klounların
məzhəkəli çıxışları balacalara unudulmaz anlar yaşadıb.
Sonra "Günəşim”
kukla tetarının Abdulla Şaiqin "Tıq-tıq xanım” nağılı əsasında səhnələşdirdiyi
"Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub.
Tamaşa uşaqlar
tərəfindən maraq və sevinclə qarşılanıb.
Qeyd edək ki, "Sumqayıt-70” layihəsi çərçivəsində Sumqayıt Regional Mədəniyyət
İdarəsinin rəisi Mehman Şükürovun dəstəyi ilə Sumqayıt şəhər 4 saylı
Diyarşünaslıq klubunun nəznində yaradılan "Günəşim” kukla teatrının məqsədi uşaqların
asudə vaxtının səmərəli və mənalı təşkili, onların dünyagörüşünün
formalaşmasında yardımçı olmaqdır.
 Tetarın ideya müəllifi Ayişə Səfərli, bədii
rəhbəri Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel
Hüseynovadır.




Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.