Sumqayıtda yeni polis bölməsi yaradılır

Sumqayıtda yeni polis bölməsi yaradılır

Sumqayıt şəhərində yeni polis bölməsi yaradılır.

İctimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi açılacaq.

5-ci polis bölməsi şəhərin Sülh prospektində, Sumqayıtda yeni inşa olunan məhkəmə kompleksinin yanında olacaq. Yeni bölmə üçün inzibati bina da inşa edilir.

Bölmənin şəxsi heyəti hələlik formalaşmayıb.

Qeyd edək ki, hazırda Sumqayıt şəhər Polis İdarəsinin 4 polis bölməsi var.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər