Sumqayıtda yeni yaşayış massivinin sakinləri nədən narazılıq edir?

Sumqayıtda yeni yaşayış massivinin sakinləri nədən narazılıq edir?

Son günlər havaların soyuq keçməsi, təbii qazın isə normadan aşağı həddə verilməsi Sumqayıt sakinlərini narahat edən əsas məsələlərdən biridir. Lakin şəhərin bəzi yerləri var ki, orada ümumiyyətlə, qaz yoxdur. Belə ki, "Yeni Sumqayıt" (MERO-nun arxası) yaşayış massivinin sakinləri ümumiyyətlə qaz xətlərinin olmamasından şikayətçidirlər.

Qeyd edək ki, yeni yaşayış massivi ilə bağlı

Xeberle.com-da daha öncə də sakinlərin şikayəti əsasında müxtəlif problemlərlə bağlı məlumatlar dərc olunub. Həmin problemlərin bir qismi artıq yoluna qoyulub. Lakin həll edilməyənləri də az deyil... Sakinlərin əsas narazılığı əraziyə maye qazın çəkilməməsidir. Belə ki, sakinlərin sözlərinə görə, torpaq sahəsi onlara satılan zaman bağladıqları müqavilədə təbii qazın olacağı qeyd olunsa da, hələ ki, bu qeydə əməl olunmur. "Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar İdarəsinin baş mühəndisi Teymur Balıyev Xeberle.com-a bildirib ki, hazırda qazlaşdırılmayan ərazilərə maliyyə vəsaiti ayrılmayıb. Sakinlər yeni proqramın təsdiq edilməsini gözləməlidirlər. Sumqayıt şəhər yeni yaşayış massivi və Sumqayıt çay adlanan ərazilərdə salınan yaşayış massivlərinin qazlaşdırılması dövlət proqramına salınıb.

Xədicə Səxavətqızı

Xeberle.com

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər