Sumqayıtda yolu keçən qadını maşın vurdu

Sumqayıtda yolu keçən qadını maşın vurdu

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ONA-nın yerli bürosunun məlumatına görə, hadisə “Kolxoz bazarı” yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən piyada, Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Babayeva Vüsalə Əkrəm qızını maşın vurub. Xəsarət alan V.Babayeva Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Lent.az digər xəbərlər