Sumqayıtda zirzəmilərdə yaşayan 80 ailənin qaz sayğacı bloklandı: səbəbi isə...

Sumqayıtda zirzəmilərdə yaşayan 80 ailənin qaz sayğacı bloklandı: səbəbi isə...

Soyuq aylarda təbii qazın verilməsi ilə əlaqədar bir neçə dəfə saytımızda şikayətlərə yer ayırsaq da, deyəsən maye qaz problemi hələ də tam olaraq öz həllini tapmayıb. Budəfəki müraciət Sumqayıt səhər 26-cı məhəllənin 38/68-ci binasının zirzəmisində yaşayan İlqar İbrahimlidəndir. Vətəndaş bildirir ki, 20 ildən artıqdır ki, bu ünvanda yaşayırlar, ansı da özü birinci qrup əlildirlər: "Smart kart qaz sayğaclarımız olmasına baxmayaqraq "Azəriqaz”ın əməkdaşları gəlib bizə heç bir məlumat vermədən sayğaclarımızı koda salıblar. Halbuki, qaz idarəsinə istifadə etdiyimiz maye yanacağa görə borcumuz da yoxdur, hamısını vaxtında ödəmişik. "Azəriqaz” İstehsalat Birliyinin Sumqyayət şəhər şöbəsində də dəfələrlə olmağıma baxmayaraq şikayətimizə baxan olmayıb. 2013- cü ildə böyrək transplantasiyası olmuşam, anam da mən də birinci qrup əlilik”, - deyə vətəndaş bildirib.

Mövzuyla əlaqədar "Azəriqaz" İstehsalat birliyinin Sumqayıt Qaz İstismar Sahəsinin baş mühəndisi Teymur Balıyevlə əlaqə saxladıq. İdarədən bildirildi ki, zirzəmilərdə yaşayan 80-nə yaxın ailənin qaz sayğacı bloklanıb və bu, Fövqəladə Hallar Nazirliyin binaların zirzəmilərində olan qaz sızma hallarını sayının artmasından sonra verdiyi qərara əsasən icra edilib. Bütün şəhərin sayğacları yenilənərkən zirzəmilərdə yaşayan əhalinin də sayğacları dəyişdirilmişdi və bir müddət mavi qazdan istifadə etdilər də. Lakin binaların zirzəmilərində qaz sızma hallarının və hadisələrin artması səbəbindən bütün zirzəmilərə verilən qaz dayandırılıb və sayğacları bloklanıb.”

Xədicə Səxavətqızı

Xeberle.com


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

İqtisadiyyat xəbərləri
Xeberle.com digər xəbərlər