Sumqayıtın idarə rəsmisi sakinləri günahlandırdı: "... problem həllini tapmayacaq" - VİDEO

Sumqayıtın idarə rəsmisi sakinləri günahlandırdı:   "... problem həllini tapmayacaq" - VİDEO

Sumqayıtın şəhərinin İnşaatçılar qəsəbəsində illərdir ki, kanalizasiya problemi yaşanır. Problem Süleyman Rəhimov küçəsində daha qabarıq şəkildə özünü göstərir. Nəticədə kanalizasiya suları küçələrə axır.

Qəsəbə sakini Sərxan Alıyev Xeberle.com-a bildirib ki, problemin həlli istiqamətində aidiyyatı qurumlara müraciət etsələr də hələ də bir nəticə hasil olmayıb.

Sumqayıt şəhər Sukanal İdarəsinin rəsmisi Rövşən Orucov isə Xeberle.com-a açıqlamasında problemin səbəbini belə izah edir: "İlk növbədə həmin ərazidə yaşayan sakinlər tullantıları kanalizasiya borularına atırlar. Bu da ərazidə tez-tez kanalizasiya borularının daşmasına gətirib çıxarır. Bu hallar mütəmadi olaraq yaşanır. Tullantılar kanalizasiya borularına atılırsa problem həllini tapmayacaq".

Xədicə Səxavətqızı

Xeberle.com

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər