Sumqayıtın magistral qaz xətti yenilənir

Sumqayıt şəhərini təbii qazla təchiz edən magistral xəttinin yenilənməsinə başlanılıb.
Şəhərin Sülh küçəsindən keçən qaz xətti istismar müddətini başa vurduğundan yenilənməsinə ehtiyac yaranıb.
Bu məqsədlə “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən şəhərin Sülh küçəsində qaz xəttinin yenilənməsinə başlanılıb. Aparılan işlərlə bağlı şəhərin qaz təchizatında heç bir fasilə yaranmayacaq. Bu xətt şəhərin bütün məhəllələrini və 1, 5 və 6-cı mikrorayonlarını əhatə edir.
Açar sözlər
Sumqayıt
, Sülh Küçəsi
, Şəhərin Sülh Küçəsi