Sumqayıtın memarlıq abidələrindən danışıldı -FOTOLAR

Sumqayıtın memarlıq abidələrindən danışıldı -FOTOLAR

Sumqayıtın Tarixi Muzeyində "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kütləvi şöbənin müdiri Sevinc Əmirova bildirib ki, bu il muzeydə hazırlanmış bütün tədbirlərin şəhərin 70 illiyi çərçivəsində təşkili nəzərdə tutulur və elmi maarifləndirici xarakter daşıyır.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Olya İslamova "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” haqqında məlumat verərək dünyada abidələrin qorunması və tanıdılması missiyasına xidmət etdiyini vurğuladı. "Sumqayıtın memarlıq abidələri” adlı mühazirəsi ilə muzeyin əməkdaşı Səidə Səfərova çıxış edib. 17 saylı məktəbin 8-ci sinif şagirdləri Aynur Səfərli, Zəhra Əzizova Rafiq Yusifoğlunun "Sumqayıtın nağılı”, 14 saylı məktəbdən Xalidə Pirimova, Bəyaz Həsənli Rafiq Odayın "Arzum sülh adında göyərçin oldu”, 4 saylı məktəbin 7-ci sinif şagirdi Nuray Əliyeva Əşrəf Veysəllinin "Bir bina var” şeirlərini səsləndiriblər.

Tədbirə dəvət almış uzun illər Sumqayıt şəhərinin baş rəssamı olmuş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov, Əməkdar mədəniyyət xadimi şair Əşrəf Veysəlli, rəssam Tofiq Əhmədov çıxışlarında Sumqayıtda mövcud olan tarixi abidələr və onların tarixi haqqında geniş məlumat veriblər.

Tədbirdə 14 və 39 saylı məktəblərin müəllim və şagird heyəti də iştirak ediblər.

Sonda "Sumqayıt 70” adlı videoçarx və şəhərdəki abidələrə həsr olunmuş virtual sərgi nümayiş olunub.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Mədəniyyət xəbərləri
Xeberle.com digər xəbərlər
Sumqayıtda uşaqlar üçün teatr yaradılıb - FOTOLAR

Sumqayıtda uşaqlar üçün teatr yaradılıb - FOTOLAR

17-04-2019 10:34 - Xeberle.com - Mədəniyyət





Sumqayıt şəhər
N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin
dəstəyi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə "Günəşim”
kukla teatrının təqdimat mərasimi keçirilib.
Təqdimat
mərasimində Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyi
üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.
Klubun
özfəaliyyət kollektivinin üzvləri Nicat Abdullayev və Həcər Səfərlinin
aparıcılığı ilə başlayan tədbirdə "Günəş” mahnı qrupunun (bədii rəhbər İradə
Aslanova) ifasında şən mahnılar, uşaqlardan ibarət "Buratino” rəqs qrupunun (bədii
rəhbər Kamran İsmayılov və Nişanə İsmayılova) şən rəqsləri və klounların
məzhəkəli çıxışları balacalara unudulmaz anlar yaşadıb.
Sonra "Günəşim”
kukla tetarının Abdulla Şaiqin "Tıq-tıq xanım” nağılı əsasında səhnələşdirdiyi
"Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub.
Tamaşa uşaqlar
tərəfindən maraq və sevinclə qarşılanıb.
Qeyd edək ki, "Sumqayıt-70” layihəsi çərçivəsində Sumqayıt Regional Mədəniyyət
İdarəsinin rəisi Mehman Şükürovun dəstəyi ilə Sumqayıt şəhər 4 saylı
Diyarşünaslıq klubunun nəznində yaradılan "Günəşim” kukla teatrının məqsədi uşaqların
asudə vaxtının səmərəli və mənalı təşkili, onların dünyagörüşünün
formalaşmasında yardımçı olmaqdır.
 Tetarın ideya müəllifi Ayişə Səfərli, bədii
rəhbəri Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel
Hüseynovadır.




Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.