Suraxanıda 41 yaşlı qadın eyni evdə yaşadığı kişi tərəfindən bıçaqlanıb

Suraxanıda 41 yaşlı qadın eyni evdə yaşadığı kişi tərəfindən bıçaqlanıb

Suraxanıda 41 yaşlı qadın bıçaqlanıb.

Open.az xəbər verir ki, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi, nömrəsiz evdə yaşayan 1978-ci il təvəllüdlü Abdullayev Firəngiz Heto qızının qarın boşluğuna nüfuz edən 1 ədəd kəsilmiş-deşilmiş bıçaq xəsarəti yetirilib. Firəngiz Abdullayeva bildirib ki, hadisə onunla eyni ünvanda yaşayan 1987-ci il təvəllüdlü Mirzəyev Rəşad Sadiq oğlu tərəfindən törədilib.

Faktla bağlı Suraxanı RPŞ-nin İstintaq şöbəsinin tərəfindən araşdırma aparılır.

Şəfiqə Nazimqızı

Hadisə xəbərləri
Open.az digər xəbərlər