Suraxanıda avtomobil qəzası: ölən və yaralananlar var

Suraxanıda avtomobil qəzası: ölən və yaralananlar var

Suraxanıda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Bu barədə Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, hadisə aprelin 25-də saat 10 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində baş verib. Belə ki, Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi “VAZ-2107” və Azad Orucovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Xəsarət almış hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilib. Sürücülərdən biri - N.Məmmədov orada ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Hadisə xəbərləri
Lent.az digər xəbərlər