Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var

Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var

Suriyanın Daraa əyalətində terrorçular tərəfindən qoyulmuş mina partlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 2 uşaq həlak olub, 2 nəfər isə yaralanıb.

Bildirilir ki, insident nəticəsində həlak olanlar və yaralananlar bir ailənin üzvləri olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Suriyada belə insidentlər tez-tez baş verir: yaşayış məntəqələrini tərk edən terrorçular yaşayış binalarına və digər yerlərə partlayıcı qurğular yerləşdirirlər.

Milli.Az

Hadisə xəbərləri
Milli.az digər xəbərlər