Sürücü piyadanı beşbarmaqla döydü – video


İstanbulun Esenyurt bölgəsində sürücü yolu keçən piyadanı döyüb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, küçədəki mühafizə kameralarına düşən görüntü qısa zamanda yayılıb. Videoda yolu keçmək istəyən suriyalı şəxs qarşıdan gələn avtomobili görməyib. Sürücü son anda avtomobili saxlaya bilib. Bu zaman sürücü ona etiraz edib və mübahisə davaya çevrilib.

Əlində beşbarmaq taxan sürücü suriyalını döyüb, daha sonra isə heç bir şey olmamış kimi maşınına minərək yoluna davam edib. Hətta sürücünün yanındakı xanım ona mane ola bilməyib.

Hadisə xəbərləri
Big.az digər xəbərlər